|
Türkiyədə növbəti əməliyyat:
Türkiyənin Mardin şəhərində aparılan FETÖ əməliyyatı çərçivəsində daha 11 rütbəli hərbçi həbs olunub.
 
Avropa.info xəbər verir ki, hərbçilər Mardin prokurorluğunda FETÖ terror təşkilatına açılan cinayət işi çərçivəsində həbs olunublar. Əməliyyat nəticəsində polkovnik, mayor, baş leytenant və leytenant rütbəli 11 zabit saxlanılıb.
 
Mardinlə eyni anda Ankara, İzmir, Sivas və Kayseridə də əməliyyatlar aparılıb.
cia.az