|
Rusları ən çox qorxudan kasıblıqdır - Sorğu
Rusiyalıların 80%-i ölkədə iqtisadi böhran olduğunu hesab edirlər.
 
Axar.az xəbər verir ki, bu nəticə “Levada Çentr” təşkilatının keçirdiyi sorğudan sonra ortaya çıxıb. Sorğu iştirakçılarının 25%-i böhranın davamlı olduğuna, 21%-i isə bunun iki il davam edəcəyinə inandıqlarını bildiriblər. Əhalinin 17%-i isə iqtisadi böhranın 1 il ərzində bitəcəyini qeyd edib.
 
Rusların 72%-i ölkənin ən ciddi probleminin bahalaşma olduğunu bəyan edib. Ölkə əhalisini daha çox qorxudan məsələ isə kasıblıqdır. 
cia.az