|
İngilis nazir iddialara cavab verdi
"Türkiyə ilə hər cür terrorizmlə mübarizə mövzusunda çiyin-çiyinə dayanmışıq. Bu iddialar axmaqlıqdır və əsassızdır. Türkiyənin demokratik  təsisatlarını dəstəkləyirik. Türkiyə terrorizmlə mübarizə mövzusunda imtinaedilməz ortağımızdır".
 
Avropa.info xəbər verir ki, bu sözləri İngiltərənin xarici işlər naziri Boris Conson "İngiltərə Türkiyədə 2-ci dövlət çevrilişi cəhdi hazırlayır" iddialarına cavab verərkən deyib.
 
Türkiyədə səfərdə olan Conson bu ölkədə olmaqdan məmnun olduğunu bildirərək, türk millətini çevriliş cəhdinə qarşı göstərdiyi fədakarlığa görə təbrik edib.
 
"Türk milləti, demokratik qurumların çevrilişçilər tərəfindən məhv edilməsinə icazə vermədi. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın liderliyindəki hökumət və türk xalqı milyonlarla qaçqına ev sahibliyi edərək  comərtlik göstərirlər. Türkiyə Avropa üçün həyati rol oynayır. Türkiyə və İngiltərə arasındakı tərəfdaşlıq yalnız iki ölkə üçün deyil, eyni zamanda Avropa və digər bölgələr üçün də əhəmiyyətlidir. Hər il 2.5 milyon ingilis turist Türkiyəyə gəlir, İngiltərə türk məhsulları üçün böyük bir ixrac nöqtəsidir", -deyə Conson qeyd edib.
cia.az