Son bir ildə Amerikada işləmək istəyən insanların sayında azalma müşahidə olunub. Bu, son 34 ilin ən aşağı göstəricisi kimi qeydə alınıb.
Elə həmin səbəbdən də 4 milyon işçiyə ehtiyac duyan Amerikada bəzi vəzifələr boş qalıb. İqtisadi böhrandan çıxışın ən önəmli sübutu kimi açılan yeni iş yerlərində isə amerikalılar işləmək istəmir.
Araşdırmalar ölkədə xalqın get-gedə tənbəlləşdiyini ortaya qoyub. “Express Employment Professionals” təşkilatının araşdırmasının nəticələrinə görə, amerikalılar artıq iş axtarmağı bir kənara qoyub. Hər gün daha çox insan sosial güzəştlər üçün müvafiq qurumlara müraciət edir.
cia.az
