|
FHN bir nəfəri xilas etdi
Bakı şəhəri, Nərimanov rayonunda 1 nəfər liftdə köməksiz vəziyyətdə qalıb.
 
Musavat.com FHN-in mətbuat xidmətinə istinadən xəbər verir ki, dərhal Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq liftin qapısını açıb və vətəndaşın çıxmasına şərait yaradıblar. 
 
Əməliyyat saat 18:38-də başa çatıb.
cia.az