|
Braziliyada avtobusla yük maşını toqquşub, 4 nəfər ölüb, 43 nəfər xəsarət alıb
Braziliyanın San-Paulu ştatında zəvvarları daşıyan avtobus yük maşını ilə toqquşub.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, Aparesida şəhəri yaxınlığında baş verən qəza nəticəsində avtobusun sürücüsü daxil olmaqla 4 nəfər ölüb, 43 nəfər müxtəlif dərəcəli xəsarətlər alıb.
 
Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan 13-ün vəziyyətinin ağır olduğu bildirilir. Hadisənin səbəbləri müəyyənləşdirilir. 
cia.az