Gəncədə piyadanın vurması faktı baş verib.
Hadisə şəhərin Poçt qəsəbəsi ərazisində qeydə alınıb. Daşkəsən rayon Quşçu kənd sakini 58 yaşlı Vaqif Sadıqov axşam saat 20:00 radələrində yolu keçmək istəyərkən Eldar adlı şəxsin idarə etdiyi VAZ 2107 markalı avtomobil onu vurub.
Sürücü yaralını dərhal Gəncə şəhər TTYX-na gətirib. Reanimasiya şöbəsinə yerləşdirilən Vaqif Sadıqov orada dünyasını dəyişib. (ARB Kəpəz)
cia.az
