|
Səfər Əbiyevin yaxınları danışdı

Azərbaycanın keçmiş müdafiə naziri Səfər Əbiyev Çexiyada vətəndaşlıq alması barədə xəbərləri təkzib edib.

Keçmiş nazirin yaxınlarından biri Turan-a açıqlamasında yayılan məlumatın doğru olmadığını bildirib: “Belə məlumatlar tamamilə əsassızdır. Hazırda o, xaricdə müalicə olunur və tezliklə geri dönəcək”.

Çexiyanın Azərbaycandakı səfirliyi S.Əbiyevin bu ölkədə vətəndaşlıq almasını təsdiqləməyib.

“Bizdə S.Əbiyevin Çexiyada vətəndaşlıq alması barədə məlumat yoxdur”, - səfirliyin nümayəndəsi bildirib.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən bu məlumatı şərh edərkən bildiriblər ki, S.Əbiyev 2014-cü ilin martında Silahlı Qüvvələrdən kənarlaşdırılıb.

S.Əbiyevin vətəndaşlıq alması barədə məlumat şənbə günü Facebook istifadəçisinə istinadla yayılıb.