|
YAP: “Xalq prezidentə etimad göstərdi"

“Referendum baş tutdu, xalqın böyük əksəriyyəti səs verdi”.

Virtualaz.org-un məlumatına görə, bunu Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibi-sədr müavini, baş nazirin müavini Əli Əhmədov bu gün keçirilən ümumxalq səsverməsi (referendum) ilə bağlı keçirdiyi mətbuat konfransında bildirib.

O qeyd edib ki, bu fikirləri YAP-ın müşahidəçilərinin verdiyi məlumat əsasında söyləyir: “Xalq cənab prezidentə etimad göstərdi. Bu, ümumxalq etimadının testi idi. Bu test kifayət qədər uğurlu oldu”.

Cia.az