Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev Avropa Şurasının Venesiya Komissiyasının ölkə Konstitusiyasına dəyişiklik edilməsi ilə bağlı referendum aktı layihəsinə bildirdiyi rəyə münasibətini açıqlayıb.
“Report”un xəbərinə görə, R.Mehdiyev jurnalistlərə açıqlamasında Venesiya Komissiyasının rəyinə münasibətinin mənfi olduğunu deyib: “Onlar bizimlə müzakirə aparmayıblar. Onlara sənəd göndərməmişik. Özləri tapşırıqlar əsasında belə məlumatlar yayıblar. Bizim münasibətimiz çox mənfidir. Referendum Azərbaycana çox şey verəcək”.
* * *18:58
Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev referendumda səs verib.
"Report"un məlumatına görə, R.Mehdiyev 29 saylı Səbail seçki dairəsinin 7 saylı məntəqəsində səsvermə hüququndan istifadə edib.
Ramiz Mehdiyevin həyat yoldaşı Qalina Mehdiyeva da həmin seçki məntəqəsində səs verib.
Səsvermənin gedişatını yerli və beynəlxalq müşahidəçilər, KİV nümayəndələri izləyiblər.
Cia.az
