|
Samir Şərifov: “Gələn ilin dövlət büdcəsində neftin qiyməti 40 dollar səviyyəsində götürülüb”

"2017-ci ildə Dövlət Neft Fondundan (ARDNF) dövlət büdcəsinə transfertin həcmi azalmaqda davam edəcək. 2017-ci ildə 1,5 mlrd. manat azalmadan söhbət gedir". Bunu maliyyə naziri Samir Şərifov bildirib.

Qeyd edək ki, 2016-ci ilin dəqiqləşdirilmiş dövlət büdcəsində Dövlət Neft Fondundan dövlət büdcəsinə transfert 7 mlrd. 615mln. manat təşkil edib.

Nazirin sözlərinə görə, 2017-ci ilin dövlət büdcəsi layihəsində neftin qiyməti 1 barelə görə 40 dollar səviyyəsində götürülüb.

Cia.az