|
Təbii makiyaj etməyin DÜZGÜN QAYDALARI

Makiyajınızın eyni anda həm təbii, həm mükəmməl görünməsi mümkündür. Sadəcə olaraq, diqqət edilməli bəzi məqamlar var. Aile.lent.az təbii makiyaj etməyin düzgün qaydaları ilə xanımları tanış edir.

 

Dərinin tonlaşdırılması

 

Tonal krem, pudra və örtücü vasitə istifadə edərək dəriniz üçün doğru tonları seçməlisiniz. Bürünc görünmək üçün tünd rəng tonlaşdırıcı kremlərdən uzaq durun.

 

Qalın qaşlar

 

Qaşlarınızı göz kölgəsi, göz qələmi və ya tuş fırçası istifadə edərək, daha diqqətə çarpan hala gətirin. Qaşlarınızın saç rənginizlə eyni olmasına diqqət edin. Sarışınlar açıq qəhvəyi, qumrallar tünd rənglər istifadə etməlidir.

 

Gözlərə fokuslanın

 

Gözlərinizi açıq qəhvəyi göz qələmiylə vurğulayın və ya kirpik diblərinə qəhvəyi göz kölgəsi sürtün. Göz qapaqlarınıza neytral göz kölgəsi çəkin. Kirpiklərinizə qəhvərəngi və qara tuş sürtərək son toxunuş edin.

 

Yüngül ənlik

 

Berj-çəhrayı ən təbii görünən ənlik tonlarıdır. Ənliyi güldükdə ortaya çıxan qisimlərə sürtməyiniz məsləhətdir.

 

Parlaq dodaqlar

 

Təbii görünmək istəyərkən dodaqlarınızdan yan keçməyin. İsti tonlarda dodaq boyaları və ya dodaq parladıcılarına üstünlük verin. Daha təbii görünməsi üçün barmaqlarınızı istifadə edərək yayın.

 

Qumrallar üçün təbii makiyaj

 

Saçlarınız tünd rənglidirsə, qara göz layneri və albalı tonlarında dodaq boyası təbii və mükəmməl görünməyinizi təmin edəcək.

 

Sarışınlar üçün təbii makiyaj

 

Açıq rəng saçlara ən uyğun rənglər açıq çəhrayı və ya şaftalı tonlardır. Çəhrayı parlaq  dodaq boyası mükəmməl tamamlayıcı olar.

 

Əla makiyaj

 

Əla bir makiyajın qızıl qaydası dodaqların və ya gözlərin ön planda olmasıdır. Ancaq bu cür makiyajla həm gözlərinizi, həm də dodaqlarınızı ön plana çıxararaq, mükəmməl görünə bilərsiniz.

Cia.az