|
Bir həftədə 4 kilo arıqladan PƏHRİZ

Qəribə səslənə bilər. Amma bu pəhrizlə bir həftədə 4,5 kilo arıqlamaq mümkündür. Bu pəhrizi tutaraq orqanizminizdə B və C vitaminini də artıra ilərsiniz. Aile.lent.az bu sehirli pəhrizlə sizi də tanış edir.

1-ci gün: Meyvə

 

Banandan başqa istədiyiniz meyvəni yeyə bilərsiniz.

 

2-ci gün: Tərəvəz

 

Yeyə biləcəyiniz qədər təzə, çiy və ya bişmiş tərəvəz yeyin. Qarğıdalı, paxla kimi bərk tərəvəzlərdən uzaq durun. Amma bir yemək qaşığı kərə yağı ilə sobada bişirilmiş kartof yeyə bilərsiniz.

 

3-cü gün: Meyvə və tərəvəz

 

İlk iki günlə eyni proqrama davam edirsiniz, lakin bu gün kartof olmaz.

 

4-cü gün: Banan və süd məhsulları

 

Yeyə biləcəyiniz qədər (təxminən 8 dənə) banan yeyin və 8 stəkan süd üçün. (Qatıq da ola bilər)

 

5-ci gün: Toyuq və pomidor

 

Bütün gün toyuq, hinduşka və pomidor yeyə bilərsiniz. Amma yediyiniz hər pomidor üçün bir stəkan su içməyiniz əhəmiyyətlidir.

 

6-cı gün: Toyuq və tərəvəz

 

İstədiyiniz qədər toyuq və tərəvəz yeyə bilərsiniz. Amma yenə də kartof olmaz.

7-ci gün: Sehrli şorba

Ərzaqlar:

 

 - 4-5 ədəd təzə soğan

 - 2 parça kələm

 - 2 ədəd yaşıl bibər

 - 4 kasa doğranmış pomidor

 - 10 dənə doğranmış kərəviz

 

Hazırlanması:

 

Bütün ərzaqları doğrayın. Doğradığınız tərəvəzləri bir qazana tökün və hamısını qarışdırın. Qarışımın üstünə çıxana qədər su tökün. 10 dəqiqə qaynadın. Daha sonra az odda tərəvəzlər yumşalana qədər bişirin.

Qeyd: Bu cür pəhrizləri həkiminizə məsləhətləşmədən tətbiq etməyin. 

Cia.az