|
İraqdan FETÖ açıqlaması - Türkiyədən tələb
İraqda Fətullah Gülən məktəblərinin bağlanılması üçün Türkiyədən rəsmi tələb gəlib.
 
Axar.az xəbər verir ki, bunu İraqın Təhsil naziri Məhəmməd İqbal deyib. O, sözügedən təhsil ocaqlarının gələcəkdə nazirliyin tabeliyinə keçəcəyini bildirib:
 
“Burada dərs deyən müəllimlərin gələcəyini qorumaq üçün həmin məktəbləri nazirliyin tabeliyinə verməyi düşünürük. FETÖ-ya bağlı olan İŞIQ kolleci və digər liseylərinin fəaliyyətinin dayandırılması üçün Türkiyədən rəsmi tələbi gəlib. Məsələ ilə bağlı Ankara ilə əlaqədəyik”.
Cia.az