|
ABŞ-da iki təyyarə göydə toqquşub, ölənlər var
ABŞ-ın Nort-Kollins şəhəri yaxınlığında (Nyu-York ştatı) iki yüngülmotorlu təyyarə göydə toqquşub.
 
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, Cessna 140 və Piper Cherokee təyyarələri hava limanının yaxınlığında toqquşaraq yerə düşüb.
 
Hadisə nəticəsində 3 nəfər ölüb. Qəzaya səbəb kimi pilotların səhvi göstərilib.
Cia.az