|
Türkiyədə partlayış olub, 3 əsgər yaralanıb
Türkiyənin Hakkari vilayətində törədilən partlayış nəticəsində 3 hərbi qulluqçu yaralanıb.
 
APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, Hakkari-Çukurca şosesində PKK terrorçularının yola basdırdığı partlayıcı qurğu hərbi avtomobil keçdiyi zaman işə düşüb.
 
Hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb edilib.Yaralanan  əsgərlər  Hakkari Dövlət Xəstəxanasına göndərilib. 
Cia.az