|
Qalmaqallı ingilis nazir Türkiyəyə gəlir
Böyük Britaniyanın Xarici İşlər naziri Boris Consonun rəhbərlik etdiyi nümayəndə heyəti 25-27 sentyabr tarixlərində Türkiyəyə səfər edəcək.
Bu barədə Türkiyə XİN məlumat yayıb. Consonun həmkarı Mövlud Çavuşoğlu ilə görüşəcəyi, həmçinin Prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Binəli Yıldırımla müzakirələr aparacağı bildirilib.
İngilis nazirin TBMM binasını da ziyarət edəcəyi gözlənilir.
Qeyd edək ki, səfərin məqsədi 15 iyul gecəsi yaşanan qiyam sonrası ölkələrarası həmrəyliyi nümayiş etdirməkdir.
Xatırladaq ki, Boris Consonun atası Stanley Conson linç edilərək öldürülən Osmanli imperiyasının son daxili işlər naziri Ali Kamalın nəvəsidir.