|
Səudiyyə-Misir ittifaqı çökür
Səudiyyə Ərəbistanı ilə aramızda Suriya konfliktinə görə fikir ayrılığı mövcuddur.
 
Axar.az xəbər verir ki, bunu Misir Xarici İşlər naziri Semih Şükrü Nyu-Yorkda jurnalistlərə açıqlamasında deyib.
 
O, rəsmi Ər-Riyadın Bəşər Əsədin postdan getməsi üçün çalışdığını bildirib:
 
“Əsədin gedib-getməyəcəyi ilə bağlı qərarı Suriya xalqı verə bilər. Biz məsələni müəyyən bir şəxslə məhdudlaşdırmalıyıq. Əsəddən sonra nə olacağını düşünməklə vaxt itiririk. Suriyada bütün tərəflər siyasi həll prosesi üçün çalışmalıdır”.
Cia.az