|
Çadda terrorçuların hərbi hissəyə hücumu zamanı 4 əsgər həlak olub
"Boko haram" terror qruplaşmasının silahlıları Çadın qərbində hərbi hissəyə hücum edib.
"Report" xəbər verir ki, bu barədə "France-Presse" məlumat yayıb.
 
Məlumata görə, hadisə Nigerlə sərhəddə baş verib. Silahlı toqquşmada 4 hərbi qulluqçu həlak olub. 
 
"Atışma zamanı həmçinin 7 ekstremist məhv edilib" – deyə ölkənin güc strukturunun rəsmisi bildirilib.  
Cia.az