|
İkinci Avropa Oyunlarının keçirilə biləcəyi şəhərin adı açıqlanıb

2019-cu ilin Avropa Oyunlarının keçiriləcəyi şəhərin adı oktyabr ayında bəlli olacaq. Bu barədə Avropa Olimpiya Komitəsinin İcraiyyə Komitəsinin Bratoslavada keçirilən iclasında deyilib.

Çox güman ki, İkinci Avropa Oyunlarının təşkilatçısının adı AOK-un oktyabrın 21-22-də Minskdə keçiriləcək Baş Assambleyasında məlum olacaq. Məhz Belarusun patytaxtı Oyunların keçirilməsi üçün əsas namizəddir.

Avropa Oyunlarının keçirilməsinin təşəbbüskarı Patrik Hikki hazırda həbsdə olsa da, AOK hələ də 2019-cu ilin Oyunlarının baş tutmasını özünün prioritet məsələsi hesab edir. Bunu Hikkinin vəzifələrini müvəqqəti icra edən Yanez Koçiyançiç deyib.

Xatırladaq ki, Birinci Avropa Oyunları 2015-ci ildə Bakıda keçirilib.

Cia.az