|
TASS Əli Həsənovdan 18 yaşlı prezident haqda soruşub

TASS müxbiri Azərbaycan prezidentinin köməkçisi Əli Həsənovla müsahibə zamanı Konstitusiyada yeni dəyişikliklərdən sonra 18 yaşı tamam olmuş vətəndaşın prezident seçilməsinin mümkünlüyü haqda soruşub. 

Virtualaz.org xəbər verir ki, Həsənov bu suala belə cavab verib: “Beynəlxalq praktika göstərir ki, bir çox ölkələrdə , məsələn, Fransa və Finlandiyada seçkili vəzifələr üçün yaş senzi müəyyən edilməyib. Böyük Britaniya, Almaniya, İslandiya kimi ölkələrdə parlamentə seçilmək üçün 18 yaşın tamam olması kifayətdir, Rusiya, İrlandiya, Portuqaliya və Çexiyada isə 21 yaşın tamam olması lazımdır. Beynəlxalq praktikaya əsasən aşağı yaş senzinin ləğv edilməsi istənilən insana öz potensialını reallaşdırmaq üçün imkan yaradan mühüm amillərdən biridir. Bu, vətəndaşların, xüsusən də gənclərin siyasi fəallığını stimullaşdırır.

Azərbaycan qanunvericiliyində yüksək vəzifə tutmaq üçün ali təhsil, habelə digər tələblər qoyulub, bu da vətəndaşların 18-20 yaşlarında yüksək dövlət postlarına seçilməsi imkanlarını məhdudlaşdırır”.

cia.az