|
“Neftçi”dən xəbər var

Yanvarın 11-dən Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışına başlayacaq “Neftçi”nin hazırlıq zamanı keçirəcəyi son yoxlama görüşündəki rəqibi müəyyənləşib.

CİA.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, bu Rumıniyanın “Petrolul” klubudu. Bu qarşılaşma yanvarın 23-də "Mardan İdman Kompleksi"nin stadionunda baş tutacaq.

Qeyd edək ki, "Neftçi" yanvarın 14-də "Hajer" (Səudiyyə Ərəbistanı), 17-də "Fulad" (İran), 20-də "Quijou Rehne" (Çin), 21-də "Volın" (Ukrayna), 23-dəki ilk oyunda isə "Dinamo"nun (Moskva, Rusiya) U-23 komandası ilə görüşəcək.