|
Fomenkov: “Azərbaycana köçsəm, ölə bilərəm...”
Axar.az Rusiyalı politoloq və şair Aleksandr Fomenkovla eksklüziv müsahibəni təqdim edir:
 
– Rusiyadakı həyatınız necə gedir? Necə dolanırsınız?
 
– Mən necə dolanıram? Rusiyada mənim kimi obyektiv adamların dirisi heç kimə lazım deyil...
 
– Payız aylarında Azərbaycan torpaqlarının geri qaytarılacağından əmin olduğunuzu demişdiniz...
 
– Bəli, mən əmin idim ki, payız aylarında Azərbaycanın işğal altında olan torpaqları geri qaytarılacaq. Hələ də belə düşünürəm.
 
– Biz belə bilirik ki, Azərbaycanı və Azərbaycan xalqını çox sevirsiniz. Həmişəlik Azərbaycana köçmək istəyərdinizmi?
 
– Bəli, Azərbaycana və Azərbaycan xalqına duyduğum böyük məhəbbətə görə Azərbaycana köçmək istəyərdim. Məni Azərbaycana köçməyə dəvət edən yoxdur, amma mən bura köçsəm, vətənimin həsrəti ilə ölə bilərəm.
 
– Bu gün Rus Kitab Evində oxucularla görüşünüz təşkil olunub. Sizi Bakıya kim dəvət edib?
 
– Mən özüm burda peyda olmuşam. (gülür)
Cia.az