|
Sabirabadda “ASAN xidmət” fəaliyyətə başladı

Bu gün Sabirabad “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayıb.

 

Bu barədə Oxu.Az-a Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən məlumat verilib.

 

Qeyd edək ki, Sabirabad “ASAN xidmət” mərkəzi 8 rayonda qeydiyyatda olan ümumilikdə 900 000-nə qədər vətəndaşa xidmət göstərir.

 

Xatırladaq ki, hazırda 4-ü Bakı şəhəri, 3-ü regional mərkəzlərdə olmaqla 7 “ASAN xidmət” mərkəzi mövcuddur.