|
2 avtobus toqquşdu:

Türkiyədə 2 avtobusun toqquşması nəticəsində 68 nəfər yaralanıb.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, hadisə Karabük şəhərinin Əskipazar qəsəbəsində baş verib.

 

Hadisə yerinə dərhal təcili tibbi yardım maşınları və polis heyyəti cəlb edilib. Yaralılardan 40-ı yaxınlıqda yerləşən xəstəxanalara aparılıb. 28 sərnişin isə  hadisə yerində müayinə olunub. Yaralılardan 1-nin vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı araşdırma aparılır.

Cia.az