|
ABŞ-da zavodda atışma nəticəsində 3 nəfər ölüb
ABŞ –ın Tennessi ştatında fəaliyyət göstərən metal konstruksiyaların istehsalı zavodunda baş vermiş silahlı qarşıdurma nəticəsində üç nəfər ölüb.
 
APA-nın “Assoşieyted Press”ə istinadən verdiyi xəbərə görə, silahlı insident “Thomas and Betts” zavodunda baş verib.
 
Polisin məlumatına görə, fəhlələrdən biri atəş açıb, sonda isə özünü güllələyərək intihar edib.