Moskvada süni gül anbarda baş vermiş yanğının söndürülməsi zamanı 5 yangınsöndürən ölüb.
Bu barədə APA TASS-a istinadən xəbər verir. “Moskvanın Amurskaya küçəsində yerləşən süni gül anbarında baş vermiş yanğının söndürülməsi zamanı beş yangınsöndürən ölüb. Yanğına dördüncü təhlükəlilik dərəcəsi verilib”, - deyə hüquq-mühafizə orqanlarındakı mənbə bildirib.
cia.az
