|
Kür çayı üzərində inşa edilən unikal körpünün görüntüləri yayılıb - VİDEO
Salyan rayonunda, Kür çayı üzərində inşa edilən körpünün görüntüləri yayılıb. 
 
"Azəravtoyol" ASC-dən "Report"a daxil olan məlumata görə, 5 aşırımdan ibarət körpünün uzunluğu 362,9 metr, eni isə 29,8 metrdir. 
 
Körpü suyun səviyyəsindən 15 metr hündürlükdə inşa edilib. O, 9 ballıq seysmik, A 15 və NK-100 müvəqqəti yük təsirinə hesablanıb.
 
Körpünü unikal edən cəhətlər isə onun inşasında ilk dəfə olaraq konsollardan istifadə edilməsi və layihəsinin öz konstruktiv həllinə görə xüsusi konstruksiyalar qrupuna daxil olmasıdır.
 

cia.az