Xatirələrlər, kədərli, eyni zamanda böyük məsuliyyətlə keçən 5 ay...
Dövlət Rəssamlıq Akademiyasının heykəltaraşlıq fakultəsinin müəllimi Rahib Qarayev aprel döyüşlərində şəhid olan dostu, eyni zamanda həmin Akademiyanın tələbəsi Samir Kaçayevin xatirəsinə heykəl ucaldıb.
Heykəl iki gün əvvəl hazır olub. Bir neçə gün sonra Rahib Qarayev onu Şamaxıya, Samir Kaçayevin dəfn olunduğu Məlhəm kəndinə aparacaq. Heykəltaraş deyir ki, hazırladığı işdə Samiri olduğu kimi göstərməyə çalışıb.
Daha Ətraflı "ATV Xəbər"in sujetindən biləcəksiniz:
cia.az
