|
İran hökuməti 3 müxalifi edam etdi
İranda polis məntəqəsinə silah hücum həyata keçirən 3 müxalif şəxs edam edilib.
 
Axar.az xəbər verir ki, bu barədə ölkənin “Keyhan” qəzeti məlumat yayıb.
 
Müxaliflər bir neçə ay əvvəl edama məhkum edilsələr də, qərar bu gün həyata keçirilib.
 
Xatırladaq ki, sözügedən şəxslər 2015–ci ilin aprelin 2-də Xuzistan əyalətinin Əhvaz şəhərində polis məntəqəsinə silahlı basqın edərək, 3 polisin həyatına son qoymuş, 2-ni isə yaralamışdılar.
CİA.AZ