|
Eks-prezident: 'Bir daha çevriliş olmayacaq'
Avropa ölkələri 15 iyulda seçilmiş hökumətin yanında, çevrilişin qarşısında olduqlarını söyləmədilər.
 
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Türkiyənin eks-prezidenti söyləyib.
 
Onun sözlərinə görə, Avropa 15 iyulda Türkiyənin yanında olsaydı, Ankaraya daha çox kömək edə bilərdi:
 
“Türkiyə bütün ölkələrlə yaxın olub. Bu, birgə yaşadığımız dünyadır. Realist olmaq lazımdır. Avropa ölkələri 15 iyulda seçilmiş hökumətin yanında, çevrilişin qarşısında olduqlarını söyləmədilər. İndi yavaş-yavaş bunun nəticələrini görürlər. 15 iyulda onlar qətiyyətlə çevrilişin qarşısında durmalıydılar. Bunu etsəydilər, Türkiyəyə daha çox yardım edə bilərdilər. Türkiyədə bir daha çevriliş ola bilməz. Biz Avropa Birliyi ilə müzakirələrə başlamış ölkəyik. Böyük siyasi islahatlar keçirmişik”.
cia.az