Rusiya Xarici İşlər naziri Sergey Lavrovla ABŞ Dövlət katibi Con Kerri arasında baş tutan görüşdə Suriya müzakirələri ilə bağlı irəliləyiş əldə olunub.
Axar.az xəbər verir ki, bunu Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin deyib.
O, tərəflər arasında yeni görüşün baş tutacağını da inkar etməyib.
Qeyd edək ki, Kerri və Lavrov sentyabrın 9-da İsveçrənin Cenevrədə bir araya gəlmişdilər. Müzakirənin sonunda Suriyada atəşkəsin elan edilməsi ilə bağlı razılığa gəlinmişdi.
cia.az
