|
"Rio-de-Janeyroda keçirilən Yay Paralimpiya Oyunlarının təşkilatçılığı sıfır səviyyəsində idi. Bu məsul yarışı "Bakı-2015" I Avropa Oyunları ilə müqayisə etmək mümkün deyil. Bütün komanda üzvlərimizə qarşı hakim haqsızlığı oldu". Qol.az-ın "Report"a istinadən yaydığı xəbərə görə, bu fikirləri Azərbaycanı Rio-de-Janeyroda keçirilən Yay Paralimpiya Oyunlarında təmsil edən bayraqdarımız İlham Zəkiyev bu gün Bakıda Heydər Əliyev Beynəlxalq Hava Limanında qarşılanma mərasimində jurnalistlərə açıqlamasında bildirib. İ.Zəkiyev "Rio-2016"dakı uğursuzluğuna belə izah verib: Paralimpiyaçı dövlət başçısı tərəfindən "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunmasına da münasibət bildirib: "Bu mükafat Prezidentimizin idmançılara necə diqqət və qayğı göstərdiyinin bariz nümunəsidir. Bu addım məni ikiqat stimullaşdırdı. Hələ heç nə bitməyib. "Tokio-2020"də görüşərik". Qeyd edək ki, Afina və Londonda keçirilən paralimpiadaların qalibi, Londonda isə bürünc mükafatçı olan təcrübəli cüdoçu Rio-de-Janeyrodan Vətənə medalsız dönüb. Cia.az
|
