Boşanma qərarı alan Ancelina Coli və Bred Pitin küçədə mübahisə edərkən çəkilən fotoları yayılıb.
Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, uşaqları ilə birlikdə İngiltərənin Vindsor bölgəsinə gedən cütlüyün hansı səbəbdən mübahisə etdikləri bilinmir.
Fotolardan görünür ki, Pit Colinin qolundan tutaraq onu özünə tərəf çəkmək istəyir. Coli isə Pitə əsəbiləşdiyi üçün qollarını yuxarı qaldıraraq ondan uzaqlaşmağa çalışır.
Küçənin ortasında yaşanan bu mübahisə bir vətəndaş tərəfindən telefonla çəkilərək sosial mediada paylaşılıb.
Qeyd edək ki, cütlük 10 illik münasibətdən sonra 2014-cü ildə evlənmişdi.



Cia.az
