|
Hollivud ulduzunun xanımından Bəşər Əsədə "göz dağı"

Aktyor Corc Kluninin hüquqşünas həyat yoldaşı Amal Kluni, Suriya prezidenti Bəşər Əsədi cinayətlər törətməkdə ittiham edib.

Cia.az xarici KİV-ə istinadən xəbər verir ki, Amal, əgər Əsəd haqqında cinayət işi açılarsa, ona qarşı iddiaçı olmaqdan zövq alacağını deyib.

Daha öncə BMT tərəfindən Əsəd rejimini insanlıq əleyhinə cinayətlərdə ittiham edərək qərar hazırlamış, lakin Rusiya tərəfindən “veto” qoyulmuşdu.

Qeyd edək ki, iki il öncə Corc Kluni ilə ailə quran Amal Kluni, “WikiLeaks”in redaktoru Culiyan Assanjın vəkili olaraq gündəmə düşmüşdü.

Cia.az