|
'Barsa'ya Messi şoku, Ardadan xəta - Video
İspaniya La Liqasında “Barselona” və “Atletiko Madrid” komandaları qarşı-qarşıya gəlib.
 
Axar.az xəbər verir ki, “Barselona” 41-ci dəqiqədə İvan Rakitiçin qolu ilə önə keçib. 59-cu dəqiqədə argentinalı ulduz Leo Messi zədələnib və yerini Arda Turana buraxıb.
 
Türk futbolçu oyuna girdikdən cəmi 2 dəqiqə sonra meydanın mərkəzində qaydanı pozub. Sürətli hücum quran “Atletiko” hesabı bərabərləşdirib: 1-1.
 
Matç elə bu hesabla da başa çatıb.
 
Qeyd edək ki, 59-cu dəqiqədə zədələnən Messi 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
 
 

Cia.az