|
Moskva yaxınlığında helikopter qəzaya uğrayıb

Moskva yaxınlığında helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

“RİA Novosti” xəbər verir ki, hadisə Lıtkarino şəhərində qeydə alınıb.

Helikopterin Rusiya FHN-nin axtarış-xilasetmə aviasiya mərkəzinə məxsus olduğu bildirilir. Qəzanın başvermə səbəbləri araşdırılır.  

Cia.az