|
Bu ilin əvvəlindən Qazaxıstanda doqquz terror aktının qarşısı alınıb
Bu ilin əvvəlindən Qazaxıstanda doqquz terror aktının qarşısı alınıb.
Bu barədə ölkənin Milli Təhlükəsizlik Komitəsinin (MTK) sədr müavini Nurqali Bilisbekov bildirib. 
Onun sözlərinə görə, 2011-ci ildən bəri ölkədə erkən hazırlıq mərhələsində olan 64 zorakı-ekstremist aksiyanın qarşısı alınıb. Komitənin sədr müavini deyib ki, bu ilin əvvəlindən isə doqquz belə hal yaşanıb: "Mülki əhalinin kütləvi toplaşdığı yerlərə, eləcə də obyektlərə və hüquq-mühafizə və xüsusi dövlət orqanlarının əməkdaşlarına qarşı terror hücumlarının təşkil edilməsinin qarşısı alınıb".
Cia.az