|
“ABŞ yeganə dünya jandarmıdır”
ABŞ dünya jandarmı rolunu yerinə yetirə biləcək yeganə namizəddir.
 
Axar.az “Vol Strit Jurnal”a istinadən xəbər verir ki, bu açıqlama ilə NATO-nun sabiq baş katibi Anders Foq Rasmussen çıxış edib.
 
Onun sözlərinə görə, müasir dünyanın problemlərini – Yaxın Şərqdəki, Cənubi Çin dənizindəki problemləri, eləcə də KXDR tərəfindən mövcud olan nüvə təhlükəsini, Liviyadakı terrorizmin və Ukraynanın şərqində gərginliyi həll edə biləcək yeganə qüvvə Amerika Birləşmiş Ştatlarıdır:
 
“ABŞ bütün bunların öhdəsindən gələ biləcək gücə malikdir və bu dövlət hər kəsin kifayət qədər etimadını qazanıb”.
Cia.az