|
İngiltərə kortejə görə Rusiyanı günahlandırdı
Suriyanın Hələb şəhərində BMT-nin humanitar yardım daşıyan kortejinin bombalanmasına görə Rusiya məsuliyyət daşıyır.
 
Axar.az xəbər verir ki, bunu İngiltərə Xarici İşlər naziri Boris Conson BMT-nin sessiyasında çıxışı zamanı deyib.
 
“Baş verənlərlə bağlı iki məqam diqqətimizi çəkir. O bölgədə hava zərbələri endirən Rusiya və Suriyadır. Suriyanın gecə uçuşları həyata keçirmək imkanları məhduddur. Bu səbəbdən geriyə yalnız Rusiya qalır”, - Conson bildirib.
 
Qeyd edək ki, Suriyanın Hələb şəhərində BMT-yə aid humanitar yardım korteji atəşə tutulmuşdu. Hücum zamanı 20 nəfər öldürülmüş, 18 avtomobil isə yararsız hala salınmışdı.
cia.az