|
Obama təlimat verdi: Türkiyə-ABŞ üz-üzə
ABŞ Prezidenti Barak Obama Milli Təhlükəsizlik Şurasına verdiyi təlimatda İŞİD-ə qarşı mübarizənin sürətləndirilməsi və PYD-nin daha çox silahla təmin edilməsi bildirilib.
 
Axar.az xəbər verir ki, bu iddianı “Nyu-York Tayms” qəzeti irəli sürüb.
 
Prezidentlik dönəmi başa çatmadan Rakkanın İŞİD-dən alınmasını istəyən Obamanın bu addımının Türkiyə-ABŞ münasibətlərinə ciddi xələl gətirəcəyi məqalədə vurğulanıb:
 
“Türkiyə ilə münasibətlərdə tarazlığı qorumağa çalışılsa da , belə qərarın verilməsi kritik dövrün başlanacağını göstərir”.
 
Qeyd edək ki, ABŞ-ın hərbi dairələri məsələnin hələ ki, ali səviyyədə müzakirə edilmədiyini bildirib
Cia.az