|
Poroşenko: Donbasda qanunsuz hərbi birləşmələrin 38 min nümayəndəsi var

Ukrayna prezidenti Pyotr Poroşenko Donbasda qanunsuz hərbi birləşmələrin 38 min nümayəndəsinin olduğunu bəyan edib. 

 
"Report" xəbər verir ki, o bu barədə BMT Baş Assambleyasının ümumi müzakirələri zamanı çıxışında məlumat verib. "Donbasda qanunsuz hərbi birləşmələrin təqribən 38 min nümayəndəsi var və onların böyük hissəsi Rusiyadan olan muzdurlardır", - deyə dövlət başçısı bildirib. 
 
Onun sözlərinə görə, bu şişirdilmiş rəqəm deyil, çünki onların ixtiyarında 700-dən çox tank, 1200 min zirehli maşın, mindən çox artilleriya sistemi və 300-dən artıq səyyar formatlı raket buraxılış sistemi var.
cia.az