Beyləqanda yanğın hadisəsi qeydə alınıb.
Musavat.com-un Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Beyləqan şəhərində vətəndaşa məxsus ümumi sahəsi 130 kv.m olan ikimərtəbəli 3 otaqlı evin 2-ci mərtəbəsinin yanar konstruksiyaları və ev əşyaları 65 kv.m sahədə yanıb.
Evin qalan hissəsi və bitişik mağaza yanğından mühafizə olunub. Yanğın saat 00:10-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
cia.az
