|
Putin Lujkovu ordenlə təltif edib
Moskvanın sabiq meri  Yuriy Lujkov IV dərəcəli “Vətənə xidmət” ordeni ilə təltif olunub.
 
APA-nın xəbərinə görə, bu barədə Rusiya prezidenti Vladimi Putin fərman imzalayıb. Məlumatda deyilir ki, Y.Lujkov bu mükafata fəal ictimai  fəaliyyətinə görə layiq görülüb.
 
Qeyd edək ki, sentyabrın 21-də Y.Lujkovun 80 ili tamam olub. 
cia.az