|
İndoneziyada daşqınlar və torpaq sürüşməsi nəticəsində 23 nəfər ölüb, 18 nəfər itkin düşüb
İndoneziyanın Yava  adasında şiddətli yağışlardan sonra əmələ gələn daşqınlar və torpaq sürüşməsi nəticəsində 23 nəfər ölüb.
 
APA-nın “Assosiated Press” agentliyinə istinadən verdiyi məlumata görə, daha 18 nəfər itkin düşmüş hesab edilir.
 
Adanın bir sıra ərazilərində sel sularının hündürlüyü 2 metrə çatıb. Evlərini tərk etmək məcburiyyətində qalanlar müvəqqəti olaraq hərbi hissələrdə yerləşdirilir.
 
Qeyd edək ki, 2010-cu ildə İndoneziyada baş verən daşqınlar nəticəsində 160 nəfər ölüb, 150-dən çoxu  itkin düşüb, minlərlə sakinə ziyan dəyib. 
cia.az