Avqustun 31-də model Özlem Katipoğlu ilə evlənən müğənni Berkay sosial mediada həyat yoldaşının videosunu paylaşıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, Berkay daha öncə onu “Snapchat” proqramında qəribə hala salan Ö.Katipoğlundan intiqam alıb.
Belə ki, o, həyat yoldaşını yemək yeyərkən eyni proqramda çəkib. Videonu İnstaqramda paylaşan müğənni bunları yazıb:
“Kim deyir ki, yadplanetlilər düşməndir? Kotlet yeyir, hətta ünsiyyət də qururlar. Aşiq olan növləri də var. İntiqam alacağımı sənə demişdim”.
Cia.az
