|
Bakıda uşağın tapdığı əşya əlində partladı -

Novxanı bağlar yaşayış sahəsində faciəvi hadisə baş verib.

Cia.az Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, sentyabrın 20-də Abşeron rayonunun Novxanı bağlar yaşayış sahəsində yaşayan azyaşlı Zöhrab Qurbanovun məişət tullantıları sahəsindən tapdığı naməlum əşyanın partlaması nəticəsində əlinin 2 barmağı amputasiya olunub.

Araşdırma aparılır.

Cia.az