Beynəlxalq sərhədlərin tanınmaması və onlara hörmətsizlik təhlükəsizliyə böyük təhdiddir.
Axar.az xəbər verir ki, bu sözlər Böyük Britaniya Baş naziri Tereza Meyin BMT-nin Baş Assambleyasındakı çıxışında yer alıb. Onun sözlərinə görə, Britaniyanın Avropa Birliyindən çıxması onun beynəlxalq tərəfdaşlarından əl çəkməsi anlamına gəlmir.
O, həmçinin dünyada beynəlxalq terrorizm şəbəkələrinin dağıdılmasının vacib olduğunu bildirib.
