|
BMT: “AB-yə 300 min miqrant gəlib”
2016-cı ilin yanvarından bu günə qədər Avropa Birliyinə Aralıq dənizi vasitəsilə 300 min miqrant gəlib.
 
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında BMT-nin qaçqınlarla iş üzrə ali komissarı Uilyam Spindler söyləyib.
 
Onun sözlərinə görə, əgər hazırkı temp saxlanılsa, o zaman bu il AB-yə gəlmək istəyənlərin sayı keçən ilki göstəricilərdən də çox olacaq.
 
Qeyd edək ki, 2015-ci il ərzində Avropa Birliyinə Afrika və Yaxın Şərq ölkələrindən 1 milyondan çox miqrant axın edib.