|
Təcili yardım maşını qəzaya uğrayıb

Gəncə-Daşkəsən yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. Cia.az saytı "Report"a istinadən xəbər verir ki, hadisə bu gün saat 22:20 radələrində baş verib.

Belə ki, "VAZ -2107" markalı avtomobillə təcili yardım maşını toqquşub. Qəza zamanı "VAZ -2107" avtomobilinin sürücüsü və 2 hərbçi xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Cia.az